SPARKLEWISE

Bir Qığılcım Nə Qədər Uzağa Gedə Bilər?

Bir qığılcım nə qədər uzağa gedə bilər — motivasiya illüstrasiyası

Bəzən həyatımızı dəyişdirən şey böyük bir hadisə olmur.
Bir cümlə olur. Bir baxış. Bir insanın təsadüfən dediyi bir söz…

Həmin an bunu adi bir söhbət hesab edə bilərik. Amma bəzi sözlər insanın içində qalır. Günlər, aylar sonra belə xatırlanır. Bəzən isə bir insanın verdiyi kiçik bir fikir başqa bir qərara, başqa bir addıma, hətta tamamilə başqa bir istiqamətə səbəb olur.

Bəlkə də qığılcım elə budur.

Kiçik görünən, amma haraya qədər gedəcəyini əvvəlcədən bilmədiyimiz bir başlanğıc.

Sən kiməsə bir cümlə deyirsən. O insan həmin cümlədən bir fikir götürür. Sonra həmin fikir onun verdiyi qərara təsir edir. O qərar isə başqa bir insanın həyatına toxuna bilər.

Beləcə, bir qığılcım düşündüyümüzdən daha uzağa gedə bilər.

Bəs sən bu gün kiminsə həyatında hansı qığılcımı yaratdın?

GÜNÜN MAHNISI
Experience
Ludovico Einaudi